Ana Səhifə 
   

 


Ana Səhifə 

 

“Melodiya” musiqi alətləri salonu, respublikamızda ən iri salonlardan biridir. Bizim mağaza yəmçinin müstəqil Azərbaycanımızın ilk musiqi alətləri mağazasıdır və öz fəaliyyətini 1996 – cı ildən başlamışdır. Etibarlılıq, inam və keyfiyyət zəmanəti, bizim musiqi salonumuzu səciyələndirən amillərdir. “Melodiya” mağazasında siz, müxtəlif kateqoriyalara aid olan daima yeniləşən geniş çeşidli alətlərlə tanış ola bilərsiniz. Biz həm də tanınmış və avropanin ən məhşur fortepiano və royal istehsalçıları sırasına daxil olan «PETROF» şirkətinin Azərbaycanda yeganə distribyutoruyuq. «PETROF» şirkəti artiq 140 ildən çoxdur ki fəaliyyət göstərir. Bu illər ərzində «PETROF» şirkətinin alətlərində Vilqelm Kemf, Svyatoslav Rixter, Xiroko Nakamura, Serjio Pertikarolli, Kris Barber, Jilber Bekaud, Ennio Morrikone və Pol Makkartni kimi dünya miqyaslı musiqiçilər ifa etmişlər. «PETROF» şirkətinin alətlərində Plaçido Dominqo, Xose Karreras, Luçiano Pavarotti, Pyotr Dvorovckiy kimi duya ulduzları müşaiət edilmişlər. Artıq bizim musiqi sevərlər də əsl avropa keyfiyyətli alətləri bizim mağazamızdan əldə edə bilərlər. Bununla yanaşı biz digər tanınmış avropa şikətləri olan «BLUTHNER», «RONISCH», «A. FORSTER», «BOHEMIA» şirkətlərinin royal və fortepionolarını sizə təklif edirik. Bizim müştərilər professional musiqiçilərlə yanaşı həvəskar musiqiçilər və sadəcə hədiyyə axtaranlar və ya interyerin tərtibatıni gözəlləşdirmək istəyənlər də ola bilər. Pespublikamızın bir çox tanınmış musiqiçiləri artıq bizim müştərilərimizdir. Azərbaycan Dövlət Konservatoriyası bizim daimi tərəfdaşımızdır. Fransa səfirliyi isə royal və milli musiqi alətlərini almaqla yalnız bizim keyfiyyətə etibar edir. Bizin mağaza geniş fəaliyyət sahəsinə malikdir. Beləki biz satışla yanaşı musiqi alətlərinin restavrasiyası ilə də məşğul oluruq. Məhşur usta Stepan Eduard Qriqoryeviç bizim salonun məsləhətçisi və tərəfdaşıdır. Təsadüfü deyil ki, boyük metsenat Hacı Zeynalabdin Tağıyevə məxsus royalın bərpası məhz bizə həvalə olunmuşdur. Bununla yanaşı məhşur Bül-bülun ev muzeyi üçün poyal bizim salon tərəfindən təqdim edilmişdir. Fərhad Bədəlbəyli, Polad Bül-bül oğlu, Murad Adıgözəlov və Cavan Zeynallı kimi məhşur sənətkarlar musiqi alətləri alanda bizim salona üstünlük verirlər. Nazpəri Dostəliyeva, İlqar Muradov, Aftandil İsrafilov, Rəmiş, Maestro Ceyhun və digər müğənni və ifaçılar bizim daimi müştərilərimizdirlər. “Melodiya” mağazasında siz, klassiq musiqi alətləri ilə yanaşı, elektromusiqi alətləri də tapa bilərsiniz. Burada sizə tanınmış şirkətlərin royal, pianino, gitara, yaylı, milli, nəfəsli və zərb alətləri və aksesuarları təqdim ediləcəkdir.

 

 

 

   
Rubrikalar

 

 

 

 

 

 

   
Copyright©2008.Melodiya.All rights reserved